Poroşenko seçkilərdə məğlubiyyətini etiraf edib





Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilən səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.
Milli "ekzit-poll"un nəticələrinə görə, V.Zelenski 72,3 faiz səslə ikinci turun qalibidir. Hazırki prezident Poroşenko isə 25,3 faiz səs toplayıb.

Hazırki prezident Pyotr Poroşenko seçkilərdə məğlubiyyətini etiraf edib:
"Artıq növbəti ayda prezidentlik postunu tərk edəcəyəm. Ukraynalılar belə qərar verdilər. Mən bu qərarı qəbul edirəm. Lakin onu da vurğulamaq istəyirəm ki, mən siyasəti tərk etmirəm”. (axar.az)

Paylaş

Bizi Facebookda izləyin
menu
menu