Azərbaycan İranda 4 terminal inşa edəcək




"Azərbaycan Dəmir Yolları” (ADY) QSC İranın Astara şəhərində 4 terminal inşa edəcək.

Trend-in məlumatına görə, bunu QSC-nin tariflərin nizamlanması şöbəsinin rəhbəri Elxan Əsədov SOCAR-ın IV beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumunda deyib.

Onun sözlərinə görə, bu terminallar neft, taxıl, konteynerlərin emalı və ümumi təyinatlı terminallar olacaq.

ADY-nin fəaliyyəti barədə danışan E.Əsədov qeyd edib ki, hazırda dəmir yollarının təmiri və parkın modernləşdirilməsi üzrə işlər aparılır. Azərbaycanın satın aldığı əlli lokomotivdən yeddisi ölkəyə gətirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu