“Kasıb insanlar əziyyət çəkirlər” – Deputat qaza olan limitin artırılmasını istəyir




Parlamentin bu gün keçirilən iclasında deputat Fazil Mustafa əhaliyə verilən təbii qaza tətbiq olunan limitin iki dəfə artırılmasını təklif edib.

"Sherg.az”ın xəbərinə görə millət vəkili deyib ki, həyət evində yaşayan, ödəniş imkanları zəif olan insanlar limitdən çox əziyyət çəkirlər:

"Onlar, böyük problemlər yaşayırlar. İstixanalar, dönərxanalar və s. obyektlər, xidmət sahələri pul əldə edə bilirlər. Amma yoxsul əhali üçün bu, böyük problemdir. Təklif edirəm ki, limit iki dəfə artırılsın, ən azı 3 000 kub səviyyəsinə çatdırılmalıdır”.

Qeyd edək ki, hazırda limit 1700 kubdur.

Anar

Paylaş
Bizi Facebookda izləyin
menu
menu