Qar uçqununda itkin düşmüş hərbçinin meyiti tapıldı





Daşkəsən rayonunda qar uçqununun baş verməsi nəticəsində itkin düşmüş hərbçinin meyiti tapılıb.

FHN-dən ONA-ya verilən məlumatda bildirilir ki, mart ayının əvvəllərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusu Daşkəsən rayonunda qar uçqununun baş verməsi nəticəsində itkin düşüb.

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ xilasediciləri qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində həmin hərbi qulluqçulardan ikincisi – əsgər Fərrux Fərman oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu