Sabahın havası... - PROQNOZ




Aprelin 24-də ölkə ərazisində müşahidə olunacaq hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Sherg.az"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Rayonlarda da aprelin 24-də hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

Aprelin 24-25-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu