63 yaşlı əməkdar artist: "Heç vaxt sponsorum olmayıb"




Əməkdar artist Ruhəngiz Allahverdiyeva "5/5” verilişində qonağı olub.

63 yaşlı ifaçı bildirib ki, onun sponsoru yoxdur: "Problemlərim var idi. Düz 5 aydan çox idi ki, səs tellərimdə problem yaranmışdı. Toylara getmirdim. Çünki mən el məclislərində yalnız canlı oxuyuram".

Əməkdar artist şəxsi həyatında hər şeyin yolunda olduğunu deyib: "Amma bir az ev problemim var. Böyük oğlumu evləndirmişəm, amma 2 uşağım subaydır. Qürurla deyə bilərəm ki, illərdi qazandığım pula uşaqlarıma ali təhsil verə bilmişəm. Heç vaxt sponsorum olmayıb. Heç kəs də deyə bilməz ki, mənə nəsə hədiyyə edib”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu