“İçərişəhər ətrafında süni ajiotaj yaratmağa çalışan qüvvələr var”





"İçərişəhərlə bağlı yalan məlumat yayan adam qanunla cəzalanmalıdır”.

Bunu "Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.

Partiya funksioneri bildirib ki, İçərişəhər ətrafında məqsədli şəkildə süni ajiotaj yaratmağa çalışan qüvvələr var: 

"Bu qüvvələr hər fursətdə ölkəmizdə gərginlik yaratmağa cəhd edənlərdir. Xuliqanlıqla məşğul olan və özünə "hüquqşünas” adı qoymuş şəxsdən tutmuş, Əli Kərimliyə qədər hamısının bir məqsədi var: - Nəyin bahasına olur olsun ölkəmizdə sabitliyin pozulmasına cəhd edilsin. Bütün məqsədləri buna xidmət edir. Sanki bunlar bir mərkəzdən sistemli şəkildə idarə olunurlar. Hətta yalan məlumatları yaymaqdan, 7-8 il bundan qabaq çəkilən şəkilləri tirajlamaqdan çəkinmirlər. Bu adamlar Avropada oturan söyüş söyənlərlə birgə fəaliyyət göstərirlər. 

Daxildə olan radikal müxalifət isə bu adamlara siyasi dəstək verir. "Facebook” üzərindən yaydıqları məlumatı dərhal "youtube” kanalında müzakirəyə çıxarırlar. Dərhal Sevinc Osmanqızı işə düşür. Yalan yayan şəxsi və şəxsləri efirə çıxardır. Rəsmi qurumların yaydıqları məlumatları kölgə altına alırlar. Hətta o qədər həyasızlaşıblar ki, canlı televiziya kanallarının hadisə yerində yaydıqları reportaji inkar edirlər. Bu adamlar daxilində hakimiyyətə və dövlətimizə nifrət hokum sürür”.

N.Orduxanlının sözlərinə görə, həmin şəxslər hər gün nəsə uydurub, sosial şəbəkədə nifrət yaymaqla məşğuldurlar: 

"Məişət hadisəsini, intiharları, itlərin hücümunu, ər-arvad boşanmasını geniş ictimai müzakirəyə çıxardırlar. Sosial şəbəkədə sakitlik olması onlara sərf etmir. Hər gün insanlara nifrət yayan bu adamların məramı bəllidir. Ancaq düşünürəm ki, bu cür yalan yayan şəxslər qanun qarşısında cavab verməlidirlər. Hüququ yola cəzalarını almalıdırlar. 

Dövlət orqanlarına qarşı böhtan yayan şəxs cəzasız qalmamalıdır. Bunun üçün hüquqi imkanlarımız da var. Ümüd edirəm ki, İçərişəhər Qoruq İdarəsinin rəsmiləri yalan yayan şəxsi məhkəməyə verəcək. Yoxsa bu adamlar cəzasız qaldıqları üçün hər cür təxribata əl atacaqlar. Onsuz da adamların əsl maskaları çoxdan yırtılıb. Hər kəs onların ölkəmizlə bağlı hansı işlər gördüklərini yaxşı bilirlər. Dövlət maraqlarımızı satan adamlardan hər şey gözləmək olar!”.

İsmayıl

Paylaş
Bizi Facebookda izləyin
menu
menu