“Formula-1”: Bu pilot start xəttinə çıxmadı - Doğum günündə "sürpriz"lə üzləşdi





Bakıda keçirilən "Formula-1” üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşünə qatılmayan pilotların sayı artıb.

ONA-nın məlumatına görə, ilk yürüşdə bolidi qəzaya uğrayan Corc Rossell kimi Daniil Kvyat da trasa çıxmayıb.

Doğum gününü Bakıda qeyd edən rusiyalının yarışa qatılmamaq səbəbləri açıqlanmır. 

Onun avtomobilinin sükanının hidravlikası ilə bağlı problemin olduğu ehtimal edilir. İlk yürüşdə də cəmi iki dövrə vurması D.Kvyatın şanslarını mənfi təsir göstərə bilər.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu