“Bu vəziyyət Ermənistandakı vəziyyətin gərginliyindən xəbər verir” – Şərh





"Ermənistan xarici işlər naziri "sülhün alternativinin fəlakətə yol açacağını” söyləyə bilər, lakin Ermənistan dövlətinin əməlləri ilə dedikləri vəhdət təşkil etmir”.

Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Kənan Paşayev deyib.

Analitik bildirib ki, ermənilər bir neçə gün öncə cəbhə xəttinə yaxın kəndləri, oyun oynayan uşaqları atəşə tutublar:

"Erməni nazir müharibənin onlar üçün doğuracağı nəticəni anlayırsa, bəs onda bu təxribatlar nəyə lazımdır. Əslində bu vəziyyət düşmən ölkədəki vəziyyətin nə dərəcədə gərgin olmasından xəbər verir. Rəsmi İrəvan sülh tərəfdarı kimi çıxış etsə də, separatçı rejimin əli ilə bəyənatların üzərindən xətt çəkir.

 Erməni XİN rəhbərinin "Dağlıq Qarabağın statusu və təhlükəsizliyi bizim üçün prioritetdir, bizim qətiyyətliliyimizi şübhə altına almaq lazım deyil” deməsi isə düşmən ölkənin kompromisə getməyəcəyini bir daha göstərir. 

Lakin, erməni nazirin o fikri ilə razıyam ki, xalqların sülhə hazırlanması prosesində konkret formullar yoxdur. Ümumiyyətlə, bu fikir yanlışdır. Xalqların sülhə hazırlanmasını yalnız münaqişənin həllindən sonra danışmaq olar. İndiki halda bu, mümkün deyil”.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib ki, guya İrəvan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım edəcək atmosferin yaradılmasına böyük əhəmiyyət verir. Nazir vurğulayıb ki, Ermənistan tərəfi üçün Dağlıq Qarabağın statusu və təhlükəsizliyi prioritetdir, sülh danışıqları isə ATƏT-in Minsk qrupu formatında davam etdirilməlidir: "Bizim qətiyyətliyimiz şübhə altına salmaq lazım deyil. Sülhün alternativi fəlakətdir. Xalqların sülhə hazırlanmasına gəldikdə isə burada aydın formullar yoxdur. Bu, inkişaf etdirilməli olan prinsipdir”.

İsmayıl




Paylaş

Bizi Facebookda izləyin
menu
menu