"Formula-1": üçüncü sərbəst yürüş başa çatdı




"Formula-1" üzrə SOCAR Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.

"Sherg.az" xəbər verir ki, 1 saat davam edən son məşqdə ən yaxşı nəticəni yenə "Ferrari"nin pilotu Şarl Lekler göstərib.

O, ikinci sərbəst yürüşdəki nəticəsini (1:42,872) də arxada qoyub. Lekler dövrəni bu dəfə 1 dəqiqə 41,604 saniyəlik göstərici ilə başa vurub. Bir gün öncə ilə müqayisədə ikinci və üçüncü pillədə qərarlaşan pilotların da yeri dəyişməz qalıb. Yenə Lekleri komanda yoldaşı Sebastyan Fettel və "Mercedes"dən Luis Hamilton izləyib.

Saat 17:00-da pilotlar sıralama turuna çıxacaqlar.
Qeyd edək ki, ilk sərbəst yürüş qəza səbəbindən yarımçıq dayandırılıb. İkinci məşqdə isə Şarl Lekler birinci, Sebastyan Fettel (hər ikisi "Ferrari") ikinci, Luis Hamilton ("Mercedes”) üçüncü nəticə göstərib

Paylaş

Bizi Facebookda izləyin
menu
menu