F1 Azərbaycan Qran Prisinin sıralama turu başa çatıb





Formula 1 SOCAR Azərbaycan Qran Prisinin sıralama turu başa çatıb. Trend-in məlumatına görə, "Merdeces”in pilotu Valterri Bottas birinci yerdə qərarlaşıb.

"Merdeces”in digər pilotu Luis Hemilton ikinci, "Ferrari”nin pilotu Sebastyan Fettel isə üçüncü yerdə qərarlaşıb.

Sıralama turunun nəticələrinə əsasən, sabah keçiriləcək əsas yarışda pilotların düzlüşü müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti "Azadlıq” meydanındadır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu