“Mançester Yunayted” - “Çelsi” oyunu heç-heçə ilə başa çatıb



 
Aprelin 28-də futbol üzrə İngiltərə Premyer Liqasının 36-cı turunun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, "Old Trafford” stadionunda baş tutan görüşdə "Mançester Yunayted” doğma azarkeşlər önündə "Çelsi” komandasını qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda hesabı meydan sahibləri erkən qolla açıb. Matçın 11-ci dəqiqəsində Xuan Mata adını tabloya yazdırıb. Birinci hissənin başa çatmasına iki dəqiqə qalmış Markos Alonso hesabı bərabərləşdirib.

Fasilədən sonra hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Bu heç-heçədən sonra xallarının sayını 68-ə çatdıran "Çelsi” dördüncü yerdə, "Mançester Yunayted” isə 65 xalla 6-ci yerdə qərarlaşıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu