“Bavariya” məğlubiyyətdən çətinliklə qaçıb





Almaniya Bundesliqasında XXXI turun son oyunları keçirilib.
ONA-nın məlumatına görə, turun üçüncü günündə iki matç baş tutub.
"Volfsburq” səfərdə "Hoffenhaym”ı qəbul edib. Meydan sahibləri hesabı açsalar da, darmadağından qaça bilməyiblər.
Çempionatın lideri "Bavariya” Bundesliqada qalmaq üçün vuruşan "Nürnberq”in qonağı olub. İkinci hissənin əvvəlində qol buraxan Münhen klubu məğlubiyyətdən görüşün sonlarında qaçıb.
Qeyd edək ki, növbəti turun oyunları mayın 3-5-də keçiriləcək.

Almaniya Bundesliqası


XXXI tur
28 aprel

"Nürnberq” – "Bavariya” – 1:1
Pereyra, 48 – Qnabri, 75
"Hoffenhaym” – "Volfsburq” – 1:4
Şalai, 9 – Vilyam, 41, Veqhorst, 69, 88, Arnold, 85

Paylaş

Bizi Facebookda izləyin
menu
menu