“Trampın zəngi gündəlik neft gəlirlərimizi 2.6 milyon azaldıb” - Açıqlama





"Ötən həftənin son iş günündə ABŞ Prezidenti Donald Trampın Səudiyyəyə zəngi Brent markalı neftin bir barelinin qiymətinin 74.48 dollardan 71.21 dollaradək azalmasına səbəb oldu”.

"Sherg.az”ın məlumatına görə, bu barədə iqtisadçı Vuqar Bayramov Feysbuk səhifəsində yazıb.

Ekspert vurğulayıb ki, Trampın zəngi nefti qiymətində 5 faizə yaxın azalmaya gətirib çıxarıb: 

"Qlobal neft təklifini gündəlik 101.42 milyon barel olduğunu nəzər alsaq, bir zəng neft ölkələrinin "qara qızıl” satışından gündəlik gəlirinin 332 milyon dollar azalmasına səbəb olub. Mart ayında Azrəbaycanın gündəlik neft ixracatı 798 min barel olub. Deməli Trampın zəngi ölkəmizə daxil olan gündəlik neft gəlirlərini 2.6 milyon azaldıb. Bu, mənfəət gəliri deyil, xərclər və Əməliyyat Şirkətinin payı daxil olmaqla əldə edilən bütün gəlirdir. Göründüyü kimi, Ağ Evdən edilən bir zəng neft bazarındakı qiymət artımlarını tormuzladı və yenidən "qara qızıl” ucuzlaşmağa başladı. ABŞ prezidentinin zəngindən sonra OPEK-in hasilatı artıracağı və dünya bazarına daha çox neft çıxaracağı gözlənilir”.

İqtisadçının sözlərinə görə, əgər bir zəng neftin dünya bazar qiymətini hissi edilən dərəcədə dəyişə bilirsə, deməli neft ölkələri üçün enerji gəlirlərindən asıllığın aradan qaldırılması əsas prioritet olmalıdır:

 "Bu həmçinin "neft bumunun” bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir. Azərbaycan üçün də həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə əsas hədəf olaraq qalmalıdır. Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür. Beləliklə, neftin qiyməti məqbul hesab olunsa belə son baş verənlər enerji bazarı üçün nikbin əhval-ruhiyyə formalaşdırmır. 

Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi "şokların təsirlərindən” sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu