“Bir kəmər, bir yol”layihəsi Azərbaycanı daha da gücləndirəcək”





"Azərbaycan hər zaman "Bir kəmər, bir yol” layihəsini dəstəkləyib və bu istiqamətdə fəaliyyət göstərib”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, iqtisadçı Tahir Mirkişili deyib.

Deputat bildirib ki, bu gün Azərbaycanla Çin arasında əlaqələr dinamik inkişaf edir:

 "Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı Azərbaycandır. Eyni zamanda Cənubi Qafqazda bütün ticarət dövriyyəsinin 43 faizi ölkəmizin payına düşür. İndiyə qədər Azərbaycan Çinə 1,7 milyard dollar həcmində investisiya qoyub. Çinin Azərbaycana yatırımlarının həcmi 800 milyon dollardır. Prezident İlham Əliyevin layihə ilə əlaqədar Çində keçirilən 2-ci beynəlxalq Forumda iştirakı, forumda keçirdiyi görüşlər Azərbaycanın bu layihədə maraqlı və cəlbedici olduğunu bir daha sübut edir”.

Millət vəkilinin sözlərinə görə, "Bir kəmər, bir yol” layihəsi Azərbaycanı iqtisadi cəhətdən daha da gücləndirəcək: 

"Dünya iqtisadiyyatının həcmini artırmaq üçün ölkələr arasında əlaqələrin genişlənməsinə ehtiyac var idi. Bunun üçün yeni təşəbbüslərə, eyni zamanda iqtisadi əməkdaşlığın yeni formatının yaradılmasına ehtiyac yaranmışdı. Azərbaycandan keçən qədim 

İpəkyolunun yenidən dirçəldilməsi ilə bağlı hər zaman müxtəlif təşəbbüslər olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu ideya yenidən gündəmə gəldi. Çinin irəli sürdüyü bu layihə həm maliyyə, həm də əhatəlilik baxımından bu təşəbbüslərin içində ən böyüyüdür. Layihə 65 ölkəni əhatə edir və maliyyə yükü təxminən 1 trilyon dollardan çoxdur. Bu qədər ölkəni və bu həcmdə maliyyəni özündə birləşdirən layihə dünyada iqtisadi əməkdaşlıq formatını dəyişib”.

Parlament üzvü vurğulayıb ki, yol Azərbaycandan keçdiyi üçün bu layihənin həyata keçməsi Azərbaycanın iqtisadi cəhətdən güclənməsinə, geosiyasi və geoiqtisadi nüfuzunun artmasına şərait yaradacaq: 

"Layihədə keçmiş SSRİ ölkələrindən cəmi 4 ölkə iştirak edir ki, bunlardan da biri Azərbaycandır. Bu gün Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri, qonşularla kifayət qədər konstruktiv münasibətlərinin olması, ictimai-siyasi vəziyyətin sabitliyi bütövlükdə layihənin həyata keçməsində mühüm rol oynayır”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu