“Bu layihələr iqtisadiyyatımızın inkişafına təkan verəcək” - Deputat




"Ölkəmizin "Bir kəmər, bir yol” formunda iştirakı böyük uğurdur”.

Bu sözləri "Sherg.az”a açıqlamasında Prezident İlham Əliyevin Çinə səfəri ilə bağlı danışarkən millət vəkili Rauf Əliyev deyib.

Deputatın sözlərinə görə, sürətli iqtisadi inkişaf nəticəsində ölkəmizdə çoxlu sayda sosial layihələr həyata keçirilir:

"Məlumdur ki, bu gün Çin bütün dünyada iqtisadisadiyyatı böyük olan dominant bir ölkədir. 1 milyard 400 milyon əhalisi olan bir ölkə bu gün önəmli islahatlar aparır. Ölkəmizin də bu layihələr qoşulması iqtisadiyyatımızın daha da inkişafına təkan verəcək.

Cənab prezident bu səfəri zamanı ölkəmizə 260 milyard dollar investisiya qoyulduğunu qeyd etdi. Qoyulan investisiyalar onu göstərir ki, bu gün yollar, körpülər, səhiyyə və təhsil ocaqları, idman obyektləri və ümumi sosial layihələr həyata keçirilir. 

Bütün bunların hamısı ölkəmizdə olub, yenə də var. Azərbaycan balaca ölkə olsa da, bu investisiyalar nəticəsində dünya miqyaslı tədbirlər keçirir. Buna nümunə olaraq Avropa və Bakı İslam oyunlarını, Formula1 yarışlarını qeyd edə bilərik. Həmçinin bu yaxınlarda Mədəniyyət Forumunun açılışı olacaq və 130 ölkədən nümayəndələr gələcək. Bütün bunlar onu göstərir ki, Azərbaycanın nüfuzu var. Biz artıq lider ölkə kimi bütün dünyada öz sözümüzü demişik.

İnanıram ki, gələcəkdə də belə uğurlarımız davam edəcək. Əsas məsələ odur ki, cənab prezident Çində olanda çoxlu sazişlər imzalandı. Ölkəmizə 800 milyondan artıq yeni investisiyalar gələcək. Məsələn, Sumqayıtda zavod tikintisinə başlanılacaq. Bu isə yeni işlərinin açılması, əhalinin maddi rifahının daha da yüksəlməsi deməkdir”.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 26-da Pekində "Bir kəmər, bir yol” Formunda çıxış edib. Ölkə başçısı bildirib ki, ötən 15 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu