Azərbaycan Premyer Liqası: Oyunun vaxtı dəyişdirildi - SƏBƏB




Topaz Premyer Liqasının XXVII turunun "Keşlə”– "Zirə” matçının vaxtı dəyişdirilib.
ONA-nın məlumatına görə, Peşəkar Futbol Liqası mayın 5-də baş tutacaq oyunun başlanma vaxtının 20:00-dan 17:00-a keçirilməsinə qərar verib.
Bu, "Keşlə” klubunun quruma ünvanladığı rəsmi məktuba əsasən gerçəkləşib. Qarşılaşmanın meydan sahibləri görüşün keçiriləcəyi stadionda işıqlandırma sistemində baş verə biləcək nasazlıqlar səbəbindən görüşün başlanma saatının 20:00-dan 17:00-a keçirilməsi xahiş edib. "Zirə” klubunun razılığını rəhbər tutan PFL oyunun üç saat tez başlamasına razılıq verib.
Qeyd edək ki, Azərbaycan çempionatında növbəti turun oyunları mayın 11-də olacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu