Məşhur model itlərini xilas edərkən öldü





Dünyaca məşhur model Karolina Bittenkort əri ilə birlikdə çıxdığı tətildə vəfat edib.

Axşam.az xəbər verir ki, model fırtına zamanı dənizə düşən iki itini qurtamaq üçün suya atılıb. Əri də modeli xilas etmək üçün onun arxasınca atlasa da, modeli tapa bilməyib.
Karolinanı axtarmaq üçün çox sayda könüllü səfərbər olub. Məşhur modelin cansız bədəni sahilə yaxın ərazidə tapılıb.
Onun ölümü dostlarını və sevənlərini üzüntüyə qərq edib.

Qeyd edək ki, Karolina 4 ay əvvəl evlənmişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu