"Bakıda keçirilən tədbirlər hamıya göstərdi ki, dünyada sivil münasibətlərə, birgəyaşıya böyük ehtiyac var" - Deputat



"Bakı beynəlxalq aləmdə ən ciddi məsələlərin müzakirə olunduğu bir paytaxt statusuna malikdir”. Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.

Deputat bildirib ki, Bakı Prosesi fonunda həyata keçirilən V Ümumdünya Mədənəiyyətlərarası Beynəlxalq Forumu çox mühm platformaya çevrilib: 

"Bu Forumun əsası 2011-ci ilin aprel ayının 5-7-də Bakıda keçirilən beynəlxalq tədbirdə qoyulub. Artıq bugün Forumun 5-ci tədbiri keçirilir. Hər il Foruma qatılanların sayı çoxalır. Dünyanı narahat edən ən mühüm məsələlər məhz Azərbaycanın paytaxtında müzakirə edilir. İndiki Forumda Prezident İlham Əliyev proqram xarakterli möhtəşəm bir çıxış etdi. Dövlət başçısı bir daha Azərbaycanın mədəniyyətlərarası dialoqa çox ciddi töhfə verdiyini, ölkəmizin multikulturalizm mərkəzinə çevrildiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycanda multikulturalizm bir ənənədir, eyni zamanda bir dövlət siyasətidir. Prezident ilk növbədə vurğuladı ki, bəzən müəyyən siyasi dairələr multikulturalizmin iflasa uğradığını iddia edirlər. Ancaq Bakıda keçirilən tədbirlər hamıya göstərdi ki, dünyada sivil münasibətlərə, birgəyaşıya böyük ehtiyac var. Azərbaycandan dünyaya multikultural dəyərlər payalanılır. Bu, çox mühüm bir nümunə və örnəkdir”.

Parlament üzvü xatırladıb ki, 2011-ci ildə həm Mədəniyyətlərarası Dialoq Forumunun əsası qoyulub, həm də beynəlxalq Bakı Forumu yaradılıb: 

"Bakı Forumu 7 sammit keçirib. 2010-cu ildə dünya dini liderləri Bakıya toplanıb. 2015-ci ildə I Avropa Oyunları, daha sonra İslam həmrəyliyi oyunları keçirmişik. 2016-cı il ölkəmizdə "Multukulturalizm İli” elan edilib. 2017-ci il "İslam Həmrəyliyi İli” olub. Bütün bunların hamısı bir daha göstərir ki, Azərbaycan dünyada birgəyaşayışa, etnik və milli zəmində əməkdaşlığın qurulmasına və möhkəmlənməsinə böyük töhfə verir. Hazırki dünyada buna böyük ehtiyac var. Dünyada dini və etnik zəmində ciddi böhranlar, qarşıdurmalar yaşanır. Azərbaycan isə öz fəaliyyəti ilə göstərir ki, multikulturalizmin alternativi yoxdur. Bunun alternativi islamafobiya, ksenofobiya, antisemitizm və diskriminasiyadır”.

E.Nəsirov xatırladıb ki, dövlət başçısı hər zaman olduğu kimi bu tədbirdə də Ermənistanın Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırdı: 

"Prezident vurğuladı ki, Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini və digər hüquqi sənədləri icra etmir. Nəticə etibarı ilə region üçün ciddi təhlükə yaranır”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu