Ekspert də təsdiqlədi: “İşığa qoyulan limitin artırılması və ya ləğvi mümkündür”





Ölkəmizdə təbii qazın istifadəsinə tətbiq olunan limitin artırılmasından sonra elektrik enerjisi ilə bağlı limitin artırılması məsələsi də gündəmə gəlib. Bununla bağlı Milli Məclisdə yenidən məsələ qaldırılıb.

Millət vəkili FaziL Mustafa bildirib ki, işığın limitinin artırılması ilə Parlamentdə təkliflər səsləndirilib:

"Həll edilməsi mümkün məsələdir. Çalışacağıq ki, limit artırılsın və bu məsələ öz həllini tapsın”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov "Sherg.az”a açıqlamasında qeyd edib ki, bu gün işığa tətbiq edilən limitlərin aradan qaldırılması mümkündür:

"Praktiki olaraq işığın daha aşağı tariflərlə satılması imkanı var. Nəzərə alsaq ki, Azərbaycanda elektrik enerjisinin həm istehsalında, həm də istehlakında dəyişikliklər oldu. Xüsusilə istehsal gücü orta hesabla13.15 faiz artıb. 

Bu da bir tərəfdən Azərbaycana ixrac imkanları yaradıb. İstehsalın və ixracların genişlənməsi işığa tətbiq edilən limitlərin artırılmasına və ya ləğv edilməsinə imkan verir.

Hökümətin alternativ mənbələrdən elektrik enerjisini əldə etməsi çox vacibdir. Bu həm də işığın vətəndaşa daha ucuz qiymətə çatdırılmasına imkan yaradır.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu