Son dəqiqə: Terim plansız deyil - Burak durdurulmalıdır





Türkiyə Super Liqasında gözlər sabah oynanacaq "Qalatasaray" - "Beşiktaş" derbisinə yönəlib. Hər iki cəbhədə hazırlıqlar davam edir,  ən yaxşı planlar cızılmaqdadır.  

"Qara  qartallar" hesabı bəri başdan kəsmək niyyətindədir. Şenol Günəşin yetirmələri derbini qazanaraq Trabzonsporda - baş məşqçilərinin adını daşıyan meydançada çempionluğu ilə  qucaqlaşmaq istəyindədir.
"Qalatasaray" cəbhəsində də çempionluq havası əsir. Baş məşqçi Fatih Terimin bir əndişəsi var. Nəyin bahasına olursa, olsun qolçu Burak Yılmaz durdurulmalıdır. O, plansız da  deyil. Terim, Burakın hücumdakı təsirini Markaonun fədakarlığı ilə azaltmağı düşünür. Təcrübəli məşqçi 23 yaşlı yetirməsindən Burak Yılmazı təzyiq altında saxlamağı tapşırıb.

Turan


Paylaş

Bizi Facebookda izləyin
menu
menu