Polad Bülbüloğlu: “Azərbaycan səfirliyində yanğın Rusiya KİV-lərinin dezinformasiyasıdır”





Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu virtualaz.org-a bildirib ki, Rusiya KİV-lərinin diplomatik korpusun binasında yanğınla bağlı yaydıqları xəbər dezinformasiyadır.

"Hazırda biz səfirlikdəyik və burada Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə dərc edilmiş "Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimat mərasimi keçirilir. Tədbir çərçivəsində həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunur”, - P.Bülbüloğlu deyib.

***

Qeyd edək ki, Rusiya mətbuatında Azərbaycanın Moskvadakı səfirliyinin yanması barədə məlumat yayılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu