"İstanbulu itirmək, hakimiyyəti itirmək idi" - AKP bunu qəbul və həzm edə bilmədi



"Nəticələrin ləğvi üçün hər hansı hüquqi əsas yox idi, qərar tamamilə siyasi xarakterlidir. Bu qərar Türkiyədə artıq demokratik seçki yolu ilə hakimiyyət dəyişikliyinin mümkün olmadığı qənaətinə gəlməyə əsas verir. Eyni zamanda, onu göstərir ki, AKP-MHP ittifaqını milli barışıq, iqtisadi böhranın aradan qaldırılması filan maraqlandırmır, nəyin bahasına olursa olsun, iqtidarı saxlamaq prioritetdir".

"Sherg.az"ın xəbərinə görə, bu sözləri politoloq Şahin Cəfərli, Türkiyənin Ali Seçki Qurumunun (YSK) İstanbuldakı bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsinə, təkrar seçki qərarına münasibət bildirərkən deyib. 
 
Analitik bildirib ki, İstanbulun itirilməsi hakimiyyətə yaxın vəqfləri, təriqət və camaatları, medianın, AKP-nin şəhər təşkilatını qidalandıran kanalların kəsilməsi demək idi: 

"Başqa sözlə, iqtidarı itriməyə bərabər bir hadisə idi. Bunu qəbul və həzm edə bilmədilər. İndi müxalifətin qarşısında iki yol var: ya boykot, ya da nə qədər çətin olsa da, qeyri-legitim qərarı qəbullanıb, təkrar seçkiyə qatılmaq. Məncə, seçkiyə qatılmaq yeganə doğru yol kimi görünür. Çünki bunun alternativi ölkədə vətəndaş qarşıdurmasının yaranması deməkdir. Bu isə seçkini ləğv etdirmiş qüvvənin, hakimiyyətin əlinə "işləyər". Xalqa güvənib, seçkiyə getmək, bütün təbəqələrlə - mühafizəkarlar, millətçilər, solçular, liberallar, evdar qadınlar, təqaüdçülər, qocalar, gənclər, hətta uşaqlarla işləmək lazımdır". 

Politoloq qeyd edib ki, Türkiyədə diktatura qurula biləcəyinə inanmır: 

"Türk xalqı heç vaxt milli iradənin üzərində başqa bir iradəni qəbul etməyib. Ədalət geciksə də, öz yerini tapacaq".

Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu