Yenə də Bakı...

Anar Niftəliyev: “Ortaq TV və dil ciddi müzakirə tələb edir. uzun zamana ehtiyac var. Düşünürəm ki, Azərbaycan mərkəz-birləşdirici kimi tarixi rolunu, inşallah, bu işdə də reallaşdıracaq”



"Bütün dövrlərdə Azərbaycan türk dünyasının ideoloji mərkəzi, düşünən beyni olub”.

Bunu "Sherg.az”a açıqlamasında "Axar.az” saytının baş redaktoru Anar Niftəliyev deyib.

Baş redaktor bildirib ki, Prezidentin köməkçisi ortaq dil məsələsini də gündəmə gətirib və doğrusu, hesab edirəm ki, tarix təkrarlanır:

"Türk sufizminin əsasını da azərbaycanlılar qoyub, Turan ideyasının müəllifləri də bizik. Əli bəy Hüseynzadəni, Əhməd bəy Ağoğlunu xatırlayın. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu istiqamətdə ideoloji zəmində atdılan addımlar 100 il öncəki aydınlarımızın xoş niyyətlərinin daha üst formada təkrarıdır. Əlbəttə, türk dünyasının favoriti Türkiyədir. 

İdeya generatoru isə bizik və maraqlı məqam həm də odur ki, bu sahədə bütün addımların reallaşmasında artıq siyasi iradəni də Azərbaycan nümayiş etdirir. Qazaxıstanın, xüsusilə Nazarbayevin bu sahədə oynadığı rolu qətiyyən kiçiltmək niyyətində deyiləm, sadəcə, ümumi gedişatı bu cür görürəm”.

A.Niftəliyev hesab edir ki, növbəti ideyanın Azərbaycandan gəlməsi təsadüf yox, qanunauyğunluqdur: 

"Ümid edirəm ki, bu ideyaların reallaşmasında yenə də Bakı real addımlar atacaq. Necə ki, Türk PA-nın ofisi Bakıda yerləşir.


 Doğrudur, ortaq TV və dil ciddi müzakirə tələb edir, alimlər işləməlidir və uzun zamana ehtiyac var. Ancaq düşünürəm ki, Azərbaycan mərkəz-birləşdirici kimi tarixi rolunu, inşallah, bu işdə də reallaşdıracaq. Bu baxımdan ortaq televiziyanın və ortaq dillə bağlı şuranın da Bakıda qurulması və türk ölkələrindən gələn alimlərin burda birgə çalışması daha yaxşı olardı. Çünki ideologiya beşiyi də burdadır, dil mühafizəkarlığı da burada daha güclüdür. Yetər ki, türk ölkələri bu ideyanı dəstəkləsinlər”.

Qeyd edək ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) media və informasiya üzrə məsul nazirlərin toplantısında iştirak edib. Prezidentin köməkçisi təklif edib ki, Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziyanın Türk Şurasına üzv dövlətlərdə yayımlanması məqsədəuyğun olardı: "Eyni zamanda, həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın. Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyalar bir-birilə əlaqələr qurublar. Lakin təəssüf ki, Azərbaycan televiziyaları nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanır”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu