Ərdoğan Fransada lisey açmaq istəyir – Ciddi reaksiyalar var




Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Fransada lisey açmaq istəyir.

"Sherg.az” "etudiant.lefigaro.fr”ə istinadən xəbər verir ki, hələ 2018-ci ilin okyabrında Fransa prezidenti Emmanüel Makron İstanbulda olarkən R.T.Ərdoğan "dindar nəslin” formalaşdırılması üçün türk proqramının dəyişdirilməsi ilə bağlı ona məlumat verib. 

May ayının 20 və 21- də Türkiyə nümayəndə heyəti Fransaya səfər edəcək.

Onlar "yaxşı cihad” adlı məktəb proqramını Fransanın Təhsil Nazirliyinə təqdim edəcək. Şübhəsiz ki, bu məsələ Fransada da böyük reaksiyalar doğurub.

Bu ölkənin təhsil naziri Jan Mişel Blanker "lefigaro.fr”ə bildirib ki, bu barədə hələ dəqiqləşdirmə işləri aparılmayıb:

Bu bir müsəlman məktəbi olacaq. O məktəbdə həm də islam ənənələri aşılanacaq. Ona görə də bunun la bağlı Fransa cəmiyyəti və mətbuatında müəyyən narahatlıqlar var.

Tərcümə tedi: Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu