Müəllim olmaq istəyənlər üçün SINAQ İMTAHANI olacaq




Bakıda müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sınaq imtahanı keçiriləcək.

Lent.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, sınaq imtahanına qeydiyyat prosesi davam edir.
Sınaq imtahanında iştirak etmək istəyənlər mayın 11-dək miq.edu.az/sinaq linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

"Sınaq imtahanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən mayın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək", - deyə TN-nin məlumatında bildirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu