Azərbaycan gəmisi qəzaya uğrayıb

Heyət üzvləri arasında xəsarət alan olmadığı deyilir



 "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqda qəza baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev qəza baş verən gəmi ilə davamlı əlaqə saxladıqlarını bildirib. O qeyd edib ki, heyət üzvləri arasında xəsarət alan olmayıb: "Gəmi hazırda "Saipem” şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə "Saipem” şirkətinin nümayəndələri çalışırlar. Dəqiq səbəblər haqqında məlumatı "Saipem” yayacaq”.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu