Ukraynada Ata günü təsis edilib





Ukraynanın Nazirlər Kabineti ölkədə Ata gününün təsis edilməsi barədə qərar qəbul edib.

AZƏRTAC-ın yerli mətbuata istinadla verdiyi məlumata görə, Ata günü iyunun üçüncü həftəsinin bazar günü qeyd ediləcək. Bu il Ata günü iyunun 16-na düşür.

Qeyd edək ki, bu bayramın iyunda keçirilməsi ənənəsi 1966-cı ildə ABŞ-dan başlayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu