Son dəqiqə... ABŞ İstanbulda keçiriləcək təkrar seçkilərlə bağlı açıqlama yayıb





ABŞ Xarici İşlər Nazirliyi, Türkiyənin Mərkəzi Seçki Komissiyası tərəfindən 23 iyunda təkrarlanmasına qərar verilən İstanbul seçkiləriylə əlaqədar bir açıqlama yayıb.
Sherg.az xarici media istinadən xəbər verir ki, açıqlamada bu sözlərə yer verilib:
"Azad və ədalətli seçkilərin nəticələrinin qəbul edilməsi hər demokratiya üçün əsasdır.
Yüksək Seçki Quruluşu, 31 martda İstanbulda reallaşan seçkilərin nəticələrini təsdiqlədikdən sonra yenidən seçki qərarı verdi. Biz də, Türkiyənin digər dostları kimi, bu prossesi izlədik.
Türkiyənin uzun və qürurlu bir demokratiya keçmişi var. Türkiyəni  bu seçki müddətini qanunlara, beynəlxalq tələblərə, NATO müttəfiqi statusuna və AB-yə üzv olma istəyinə uyğun bir şəkildə icra etməyə çağırırıq."

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu