New York Times: Tramp şirkətləri 10 ildə 1 milyard dollar zərər görüb





ABŞ Konqresində demokratlarla Tramp rəhbərliyi arasında Trampın şirkətlərinin vergi bəyannamələri ilə bağlı yaşanan müzakirələr davam edir. Tramp şirkətləriylə əlaqədar təəccüblü bir iddia da ortaya atılıb.

Amerikanın New York Times qəzetində yer alan xəbərdə Donald Trampa aid şirkətlərin, 1985 və 1994-cü illər arasında 1 milyard dolların üzərində zərər gördüyünü qeyd edilir.
Bu zərərlər səbəbiylə Trampın, 10 ilin 8-ilində federal gəlir vergisi ödəməkdən boyun qaçırmağı bacardığı ifadə edilir.

ABŞ-da vergi yığmaqda məsul təşkilat olan IRS-in mövzuyla əlaqədar məlumatlarını ələ keçirdiyini yazan The New York Times, içərisində qumarxana, otel və kirayəlik dükanların da olduğu Tramp şirkətlərinin zərərinin 10 il içərisində cəmi 1.17 milyard dollar olduğunu qarşıya qoyub.

Mövzuyla əlaqədar şərh verən Trampın vəkili Charles Harder, qəzetin yaydığı xəbərin yüksək nisbətdə səhv olduğunu söyləyib. Ağ Evdən isə hələ bir açıqlama verilməyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu