Sabirabadda bir ailənin olduğu avtomobil kanala düşüb - 2 ÖLÜ, 2 YARALI




 

Sabirabad rayonunun Koğlar kəndi ərazisində baş vermiş yol qəzasında dünyasını dəyişən və xəsarət alanların şəxsiyyəti məlum olub.

 

ONA-nın yerli bürosunun məlumatına görə, Şamaxı rayon sakini, 1983-cü il təvəllüdlü Nuhiyev Arzum Sabahəli oğlunun idarə etdiyi 56-BC-449 qeydiyyat nişanlı "VAZ 2106" markalı avtomobilin su kanalına düşməsi nəticəsində sürücünün atası 1955-ci il təvəllüdlü Nuhiyev Sabahəli Seyidəli oğlu və qardaşı 1980-ci il təvəllüdlü Nuhiyev Zamin Sabahəli oğlu dünyasını dəyişib.

 

Sürücü özü və onun anası 1958-ci il təvəllüdlü Nuhiyeva Xədicə Lələ qızı xəsarət alaraq Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadının vəziyyəti daha ağırdır.

 

***

 

Saat 23:40

 

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

 

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, Surra-Padarçöl kəndləri arasındakı yolda baş vermiş qəzada "VAZ 2106" markalı minik maşını yoldan çıxaraq su kanalına düşüb.

 

Bildirilir ki, hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. Daha 2 nəfər xəsarət alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də cəlb olunub. Yol qəzası nəticəsində dünyasını dəyişən və xəsarət alan şəxslərin hamısı bir ailənin üzvləridir. Belə ki, ata ilə oğul dünyasını dəyişib. Ailənin digər oğlu və ana xəsarət alaraq xəstəxanaya çatdırılıb.

 

Hazırda təfərrüatlar araşdırılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu