Gəmidəki yanğın nəticəsində xəstəxanaya yerləşdirilənlərdən 1-i evə buraxılıb





Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən 14 nəfərdən 1-i evə buraxılıb.

Bu barədə özəl olaraq xəstəxanadan Trend-ə bildiriblər. Mərkəzi Neftçilər Xəstəxanasından verilən məlumata görə, qalan 13 nəfərdən 7-si reanimasiya şöbəsinə, 6 nəfər isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib:

"Ümumilikdə gəmidə14 nəfər xəsarət alıb. Onlardan 1 nəfər - gəminin mətbəxində işləyən şəxsin xəsarətləri yüngül olduğu üçün bu gün səhər saatlarında evə buraxılıb. Xəsarət alanlardan 1 nəfərin yanıq xəsarətləri çox olduğundan həmin şəxs Respublika Yanıq Mərkəzində müayinə olunduqdan sonra yenidən Mərkəzi Neftçilər Xəstəxanasına qaytarılıb".

Qeyd edək ki, ötən gün təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb. Yanğın söndürülüb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu