“Güzəştli mənzil” sistemində dəyişikliklər edilib

"Məqsəd odur ki, mənzilə sahib olmaq istəyən şəxs öncədən həmin mənzilin alınacağı ilə bağlı sözləşmənin həyata keçiriləcəyinə əmin olsun"


Prezident İlham Əliyevin 14 yanvar 2019-cu il tarixli fərmanı ilə "Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilib. Fərmanın icrasını təmin etmək üçün "Güzəştli mənzil” sistemində dəyişikliklər edilib. Güzəştli ipoteka kreditinin verilməsinə dair alınacaq ilkin razılıq qərarının vətəndaşların elektron kabinetlərində yerləşdirilməsi xidməti və gözləmə qaydası ilə mənzil seçimi yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək.

Güzəştli mənzilə müraciət edən hər bir vətəndaşın özünün elektron kabineti olacaq. Elektron kabineti olan vətəndaş yeni dəyişikliklərə əsasən, ilkin razılıq qərarı əldə etdikdən sonra həmin məlumatı öz elektron ünvanına yükləyə biləcək. Vətəndaşlar sosial mənzilə müraciət edən zaman ilkin olaraq bankla sosial razılıq əldə etdikdən sonra elektron kabinet vasitəsilə mənzillərə müraciət etmək hüququ qazanacaqlar.

"Məqsəd odur ki, mənzilə sahib olmaq istəyən şəxs öncədən həmin mənzilin alınacağı ilə bağlı sözləşmənin həyata keçiriləcəyinə əmin olsun. Əvvəlki vaxtlarda bəzən mənzil seçən vətəndaşlar bankdan kredit əldə edə bilmədiklərinə görə mənzilə sahib ola bilmirdilər. Ona görə öncə bankdan razılıq əldə edilməlidir ki, mənzil seçildikdən sonra bank həmin mənzilin, yəni kreditin verilməsi ilə, maliyyələşmə ilə bağlı prosesi həyata keçirə bilsin. Digər bir məsələ isə odur ki, bir şəxs sonradan mənzili almaqdan imtina edəcəyi halda, həmin mənzil avtomatik olaraq digər, növbədə olan şəxsə təklif olunacaq”. 


"Şərq”ə danışarkən iqtisadçı-ekspertVüqar Bayramov belə deyib.

MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində güzəştli şərtlərlə satılacaq 1 654 mənzildən 430-nu artıq vətəndaşlar əldə edib. Həmçinin, 29 aprel 2019-cu il tarixində həyata keçirilən satış zamanı "Güzəştli mənzil” elektron sistemi vasitəsilə əlavə 154 mənzilin seçimi başa çatdırılıb. Yasamal Yaşayış Kompleksində qalan 1 070 mənzil isə bu ilin sonuna qədər yeni qaydalara uyğun olaraq satışa çıxarılacaq.


Sevda Ulutau

Paylaş

Bizi Facebookda izləyin
menu
menu