Bakıda ağır qəza: iki qardaş...





Bakıda bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən qəza baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, mayın 8-də saat 23 radələrində Binəqədi rayonu ərazisində Şahbuz rayon sakini Elyar Əliyev idarə etdiyi "Opel” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Əfqan Eldarovu, Tovuz rayon sakini Rufən Çobanovu və onun qardaşı Rüfəti vurub.

Piyadalar xəstəxanaya yerləşdirilib, Rüfət orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu