Universitetlərimiz niyə dünya reytinqində yoxdur ? – Səbəb və həll yolu göstərildi

“Dünyada universitetlərin reytinq göstəricisində əsas şərtlərdən biri tələbələrin normal şəraitli yataqxanalarda yaşamasıdır”
“Bunun üçün əsas çıxış yolu odur ki, universitetlər çoxmərtləbəli binaların bir neçə mərtəbəsini götürüb, yataqxana kimi istifadəyə verə bilərlər”


"Hazırda Azərbaycan universitetlərinin heç biri dünya reytinqində yoxdur”.

Bu barədə "Sherg.az”a təhsil eksperti Kamran Əsədov bildirib. 

O qeyd edib ki, dünyada universitetlərin reytinq göstəricisində əsas şərtlərdən biri tələbələrin normal şəraitli yataqxanalarda yaşamasıdır:

"Hazırda Azərbaycanın yeddi universitetini yataqxanası var. Onlar içərisində də Gəncə şəhərində yerləşən Aqrar universitetinin yataqxanası müasir standartlara cavab verir. Digər universitetlərin isə yataqxanaları 1990-cı ildən sonra məcburi köçkünlər tərəfindən tutulub, daha sonra isə yararsız vəziyyətə düşüb. 

Ona görə də cənab Prezidentin müvafiq sərəncamlarında qeyd olunub ki, 2022-ci ilə qədər Azərbaycanda ali təhsil müəsisələrinin yataqxana təminatı həyata keçirilməlidir. Bunun üçün əsas çıxış yolu odur ki, universitetlər çoxmərtləbəli binaların bir neçə mərtəbəsini götürüb, yataqxana kimi istifadəyə verə bilərlər”.

Kənan Eynuroğlu

Paylaş

Bizi Facebookda izləyin
menu
menu