Bakıda 15 yaşlı qızla evlənən gəncə CƏZA KƏSİLDİ




Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi münasibətdə olan şəxs həbs edilib.

Lent.az-ın məlumatına görə, Lerik rayon sakini, 1998-ci il təvəllüdlü N.H Abşeron rayonu Müşfiq qəsəbəsində yerləşən fermanın yaşayış sahəsindəki evdə, daha sonra isə Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən "Cücə” fermasının yaşayış sahəsində mənzildə 14 yaşına çatmamış, 2004-cü il təvəllüdlü N. H ilə qeyri-rəsmi nikahda yaşayaraq qızlıq pərdəsinin tamlığını pozmaqla onunla mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olub.

Məsələdən xəbərdar olan hüquq-mühafizə orqanları tərəfindən N.H saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 152- ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə ittiham verilib.

Xəzər rayon Məhkəməsində N.H 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmlə razılaşmayan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, şikayətində zərərçəkən şəxsin və onun nümayəndəsinin ona qarşı hər hansı bir şikayətinin olmadığını deyib.

Bakı Apellyasiya Məhkəməsinə onun şikayəti təmin edilməyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu