Keşişçidağ məbədi ilə bağlı komissiya yaradılır" - Gürcüstanın baş naziri




Bu gündən David Qareci məbədi ilə bağlı komissiyanın yaradılmasına başlanıb.
ONA-nın Gürcüstan bürosunun "interpressnews” saytına istinadən verdiyi məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze hökümətin iclasından əvvəl keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, artıq razılaşma əldə olunub və komissiyanın yaradılmasına start verilib.
"Azərbaycan bizə dost ölkədir. Biz strateji tərədaşıq. Məsələ də bu ruhla həll ediləcək", - deyə baş nazir əlavə edib.
Komissiyanın Gürcüstan tərəfdən sədri bu ölkənin xarici işlər nazirinin müavini olacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu