Bakıda qız turistin başına oyun açdı




Bakıda Hindistandan olan turist fahişə qadından polisə şikayət edib.

Bu barədə Oxu.Az-a Səbail Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, mayın 7-də "Crown Baku” hotelində yerləşən 29 yaşlı Hindistan vətəndaşı Hiteş Qoyal Rakeş Kumar mayın 9-da öz nömrəsinə qadın gətirib. Onlar bir müddət otaqda tək qalıblar.

Qonaq gedəndən sonra isə, əcnəbi cüzdanından min dollar pulun oğurlandığını görüb.

Turist qeyd edib ki, qadının heç adını da bilmir.

Hazırda polis fakt üzrə araşdırma aparır, qadın axtarılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu