Anadolu Agentliyinin əməkdaşı qar uçqunu altında qalıb





Türkiyənin Anadolu Agentliyinin əməkdaşı Abdülkadir Nişancı ölkənin Derebaşı Virajları bölgəsində çəkiliş apararkən qar uçqunu altında qalıb.




AZƏRTAC xəbər verir ki, Abdülkadir Nişancı Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı dağındakı yolun qardan təmizlənməsi işlərini izləyirmiş. Onun həyatını xilas etmək üçün bölgəyə Türkiyə Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin əməkdaşlarından, o cümlədən polis və həkimlərdən ibarət xilasedici qrup cəlb edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu