Notr-Damla bağlı inanılmaz təklif: İldə 21 ton meyvə və tərəvəz əldə olunacaq




Vinsent Callebaut Arxitektura Bürosu maraqlı məlumat yayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, büro əməkdaşları Parisdəki məşhur Notr-Dam kilsəsi təmir edilən zaman onun damında meditasiya üçün bağ salınmasını təklif edirlər.

Layihənin rəhbəri Vinsenta Kelbo binanın damında bağça salınmasının real olduğunu iddia edir. Günəş enerjisi ilə qızdırılacaq bağçada yetişdirilən meyvə və tərəvəzlər isə kasıblara paylanacaq. Bunlar kilsənin qüllələrində olacaq.

Təxmin edilir ki, salınacaq bağdan ildə 21 ton meyvə və tərəvəz məhsulu əldə olunacaq. Həmin məhsullar elə kilsənin yaxınlığında kasıblara paylanacaq. Bağçada könüllülər işləyəcək.

Xatırladaq ki, Nort-Dam-de-Pari kilsəsi aprelin 15-də yanıb. Nəticədə, kilsənin damının 2/3-si və qüllələri dağılıb.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu