Rusiyanın ən yaşlı sakini 123 yaşında vəfat etdi

O, 8 övlad, 35 nəvə və 20-dən çox nəticə sahibi idi


Rusiyanın ən yaşlı sakini vəfat edib.
Axar.az xəbər verir ki, İnquşetiyadan olan Appaz İliyev 123 yaşında dünyasını dəyişib.

İnstaqram hesabında onun ölüm xəbərini yayan İnquşetiya rəhbəri Yunus-Bek Yevkurov İliyevin dəyişən nəsil və dövrlərdə yaşadığını bildirib:

"O, 8 övlad, 35 nəvə və 20-dən çox nəticə sahibi idi. Şəxsən görüş zamanı onun mehriban, həyatı sevən qoca olduğuna əmin oldum”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu