Gəncəni yağış suları basdı - YENİLƏNİB





Mayın 10-dan başlayaraq Gəncə şəhərində yağan yağışlar nəticəsində şəhərin bəzi əraziləri (evlərin zirzəmiləri, həyətyanı sahələr, küçələr) yağış suları ilə dolub.

Bu barədə "Sherg.az"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Gəncə Regional Mərkəzindən 30 nəfərdən ibarət canlı qüvvə və 14 motopompa, Dövlət Yanğından Mühafizə Xidmətindən 27 nəfərdən ibarət canlı qüvvə, 6 motopompa, 6 texnika cəlb olunub.
Suçəkmə işləri davam etdirilir.


12:06


Mayın 10-dan başlayaraq Gəncə şəhərində yağan yağışlar nəticəsində şəhərin Nizami və Kəpəz rayonlarında bəzi ərazilər yağış suları ilə dolub.


Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.


Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq, Nazirliyin Gəncə Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası yağış suları dolmuş ərazilərə cəlb olunmuş və suçəkmə işlərinə başlanıllb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu