Tovuzda polis maşını minik avtomobili ilə toqquşdu




Bakı-Qazax yolunun Tovuz rayonunun Düz Qırıxlı kəndi yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
ONA xəbər verir ki, minik maşını Baş Dövlət Yol Polisinin 9-cu Tağımının Yol Patrul Xidmətinin avtomobili ilə toquşub.
Nəticədə hər iki sürücü xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu