Gəncədə bədbəxt hadisə: hündürlükdən yıxılaraq öldü




Gəncədə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
ONA-nın yerli bürosunun xəbərinə görə, ortayaşlı kişi elektrik dirəyindən yıxılaraq, ağır xəsarət alıb.
Xəstəxanaya çatdırılan şəxsin həyatını xilas etmək mümkün olmayıb. Tibbi müdaxiləyə baxmayaraq, o, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Onun 1965-ci il təvəllüdlü Abbasov İlqar Fərhad oğlu olması müəyyənləşib.
Araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu