Övladları Dorenkonun öldürüldüyünü iddia edirlər - Polis dəfnə icazə vermir




"Danışır Moskva" radistansiyasının baş redaktoru Sergey Dorenko bu gün dəfn edilməyəcək. Bu barədə RİA Novosti xəbər verir.

Bunun səbəbi polisin Dorenkonun nəşinin onun əyat yoldaşına verilməsinə qoyduğu qadağadır. DİN-in Moskvanın Mərkəzi İnzibatı Dairəsi üzrə İstintaq İdarəsinin rəsmisi Baxtin tərəfindən imzalanmış əmrdə cəsədin bir daha tibbi ekspertizadan keçiriləcəyi bildirilir.

Polis bu qərarı Dorenkonun birinci nikahdan olan qızları - Kseniya və Yekaterinanın şikayəti əsasında qəbul edib. Qızları Dorenkonun zəhərləndiyini iddia edirlər.

Sergey Dorenko mayın 9-da 59 yaşında vəfat edib. Mayın 10-da isə onun qohumları arasında münaqişə yaranıb. Uşaqları onun dəfnini, arvadı isə yandırılmasını tələb edib. Uşaqlar yandırılmaının qətlin izini itirmək üçün lazım olduğunu bildirirlər.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu