Qadın jurnalist qətlə yetirildi - FOTO





Əfqanıstanda qadın jurnalist Mina Manqal qətlə yetirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin ATN kanalı məlumat yayıb. Daha əvvəl jurnalist kimi çalışmış, Əfqanıstan parlamentində mədəniyyət müşaviri vəzifəsində işləyən Manqal səhər saatlarında paytaxt Kabildə işə gedərkən silahlı hücuma məruz qalıb və həyatını itirib.

Hadisənin kim tərəfindən törədildiyi və motivi bilinmir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu