UEFA Avropa Liqasının final matçı ərəfəsində ölkəmizə qarşı çirkin kampaniya...





"Azərbaycan idman ölkəsinə çevrilib və bütün dünya Azərbaycanın bu inkişafının şahididir. Ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edib və edir”.

Bu sözləri "Sherg.az”a millət vəkili Cavid Osmanov Bakıda final matçında oynayacaq "Arsenal" klubunun erməni futbolçu Henrix Mxitaryanın həyatına Azərbaycanda təhlükə ola biləcəyi ilə bağlı sərsəm açıqlamalara münasibət bildirərkən deyib. 

Parlament üzvü qeyd edib ki, Azərbaycan ölkəmizin möhtəşəm idman yarışları məkanına çevrilməsini şərtləndirən amil Azərbaycandakı sabitlikdir:

” Azərbaycan kifayət qədər sabit ölkədir, sabitlik adasıdır. Ölkəmizdə multikultural dəyərlərə böyük sayğı ilə yanaşılır və buna böyk önəm verlir. Bütün din və ya konfessiyalar azaddır. Heç kəsə dini, irqi və dini məsələlə görə ayrı-seçkilik qoyulmur. Amma bəzən ölkəmizə qarşı şər-böhtan xarakterli bəyanatlar verilir. Ölkəmizdə mühüm beynəlxalq tədbirlərin keçirildiyi ərəfədə Qərbdəki ənənəvi anti-Azərbaycan dairələr həmişə qarayaxma kampaniyasına başlayırlar və UEFA Avropa Liqasının final matçının ölkəmizdə keçirilməsi ərəfəsində də növbəti çirkin kampaniyanın başlaması heç də təsadüfi deyil. 

Azərbaycan ictimaiyyəti müəyyən xarici anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olmuşuq. Amma bunların heç bir əsası yoxdur. "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanın ölkəmizə gəlib-getməsində heç bir problem yoxdur. Erməni idmançıların, eyni zamanda erməni mənşəli idmançıların ölkəmizə gəlib- getməsi ilə bağlı çoxsaylı nümunələr var. Bütün bunların fonunda düşünürəm ki, məlum məsələ ilə bağlı verilən bəyanatlar qərəzdən başqa bir şey deyil. Azərbaycan cəmiyyəti bunu qətiyyətlə pisləyir". 

Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu