Deputat “Gürcüstan bu olanlara son qoymalıdır !”

“Başa düşməlidirlər ki, Azərbaycan zəif dövlət deyil və Gürcüstanla mehriban qonşuluq münasibətlərinin davam etdirilməsində maraqlıdır. Məndə millət vəkili kimi bunun tərəfdarıyam”



Son günlər Azərbaycanla Gürcüstan sərhədində yerləşən "Keşikçidağ” məbədi ilə bağlı gərginliklər yaşanır. Gürcüstan tərəfi Azərbaycana qarşı torpaq iddiası irəli sürür. Bəzi qüvvələr təxribat xarakterli məlumatlar yaymaqla məsələni daha da gərginləşdirmək niyyətindədirlər.

Məsələ ilə bağlı "Sherg.az” a danışan millət vəkili Fəzail Ağamalı bildirib ki, ölkəmiz münasibətlərin gərginləşməsində maraqlı deyil.

Deputatın sözlərinə görə, Gürcüstanın rəsmi orqanları səviyyəsinə Azərbaycana qarşı ərazi iddiaları var:

"Bir vaxtlar Gürcüstanda Xocalı Soyqrımında əli olan faşist düşüncəli bir nəfərin heykəlini qoydular. Gürcüstan buna normal yanaşdı, hətta belə bir heykəlin qoyulmasına imkan yaratdı. İndi isə təxribatlar törədilər və Azərbaycana qarşı ərazi iddiası irəli sürürlər. Bu azmış kimi Gürcüstanın prezidenti də bu iddiaların içərisində yer alır. 

Deputatlar, eyni zamanda özünü siyasətçi hesab edənlər də Azərbaycana qarşı hədyanlar yağdırır, xalqımızı təhqir edirlər. Gürcüstanda yaşayan soydaşlarımızın deportasiya olunması hədəfi ilə önümüzə çıxır. Buna qarşı Gürcüstanın hər hansı bir qəti mövqeyi yoxdur. Əslində Gürcüstan Azərbaycana qarşı bu cür münasibətlərdə qeyri-səmimi davranır.

 Onlar unudurlar ki, bu gün Gürcüstanın ayaq üstə durmasına görə, Azərbaycan dövlətinə və xalqına minnətdar olmalıdırlar. Çünki ölkəmiz Gürcüstana güzəştli şərtlərlə qaz verilməsində iştirak edir”.

F.Ağamalı Gürcüstanla-Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinin tərəfdarı olduğunu qeyd etdi:

"Gürcüstanın siyasi hakimiyyəti bunu istəmirsə, deməli, erməni təxribatçılarının əlində oyuncaqdırlar. Bu olanlara son qoyulmalıdır. Onlar başa düşməlidirlər ki, Azərbaycan zəif dövlət deyil və Gürcüstanla mehriban qonşuluq münasibətlərinin davam etdirilməsində maraqlıdır. 

Məndə millət vəkili kimi bunun tərəfdarıyam. Onlar Azərbaycana qarşı ərazi iddialarını davam etdirsələr, təbii ki, Azərbaycan xalqının və dövlətinin iradəsi ilə qarşı -qarşıya dayanmalı olacaqlar”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu