“Xaricilər ölkəmizə gələcəklər və bəyanatın yalan olduğuna əmin olacaqlar”





"Xarici ölkələrin müvafiq sturkturları adətən böyük toplantılar ərəfəsində belə bəyanatlar verirlər. Bu, adi haldır. Lakin ölkəmizə münasibətdə səsləndirilən bu bəyanat başdan-başa qərəzli və əsassızdır”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Deputat bildirib ki, bəyanatı verənlər yaxşı bilirlər ki, bu gün nəinki dövlətimizin paytaxtı Bakı şəhəri, eləcə də bütün rayon, qəsəbə və kəndlər yaşamaq və gəzmək üçün ən təhlükəsizdirlər: 

"Həmin bəyanatın əsassızlığını bilmək üçün müqayisə edin: demokratiyadan və təhlükəsizlikdən dəm vuran şəxslərin ölkələrinin paytaxtlarında axşam saatlarında adamlar küçələrdə nə qədər olur? Adamlar evlərinə girib qapını bağlayır, qonşuda adam öldürsələr də yardıma getmirlər. Məktəblərdə, barlarda silahlar açılır, şagirdlər, körpələr, dinc insanlar öldürülür. Bizdə isə əksinədir. Gecə saatlarında Milli Parka çıxsanız nə qədər xarici ölkə vətəndaşlarını görərsiniz”.

Parlament üzvü amerikalı professorla bir xatirəsini də paylaşıb: 

"Bir neçə il əvvəl ABŞ-dan bir professor dostum gəlmişdi. Onu yeməkdən sonra axşam otelə qoydum və yatmağa yaxın vəziyyəti ilə maraqlanmaq üçün zəng etdim. Cavab vermədi. Sabah görüşdükdə zəng etdiyimi, lakin cavab vermədiyini dedim. Söylədi ki, dəniz qırağında gəzirmiş və ona heç kim bir söz də deməyib. Mən təəccüblənərək dedim ki, bəs necə olmalıdır? O, yaşadığı şəhərdə axşam saat 20.00-dan sonra küçəyə çıxmağın və metroya minməyin qorxulu olduğunu bildirdi. Eyni sözləri bir polyak tarixçi dostum da Bakıda mənə demişdi. Hesab edirəm ki, xaricilər ölkəmizə gələcək və bu bəyanatın yalan olduğunua özləri əmin olacaqlar”.

Qeyd edək ki, UEFA Avropa Liqasının 29 mayda Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyini Azərbaycana gələcək vətəndaşlarına xəbərdarlıq edib. XİN iddia edib ki, giya Azərbaycanda terror riski var və təhlükəsizlik yaxşı qorunmur.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu