İqtisadçıdan sərt sözlər: "Xəbərdarlıq ingilis riyakarlığından başqa bir şey deyil"




"Böyük Britaniya XİN-in Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar vətəndaşlarına terror təhlükəsinin olması, iaşə obyektlərinin yanında qarət hallarının mövcud olması barədə verdiyi xəbərdarlıq ingilis riyakarlığından başqa bir şey deyil".

"Sherg.az" bildirir ki, bu sözləri jurnalist və iqtisadçı Qadir İbrahimli, Böyük Britaniya XİN-in futbol üzrə Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu haqqında verdiyi bəyanata münasibət bildirərkən deyib. 

İqtisadçı sual edib ki, bu çağırış niyə 1-ci Avarpa Oyunları və ya Farmula-1 yarışları ilə edilmirdi: 

"Məgər sözügedən yarışlarda Böyük Britaniya vətəndaşları iştirak etmirdi? Təbii ki, edirdi. Məsələ burasındadır ki, Avrpa Oyunları və Formula yarışlarında Bakı xərcləyirdi, Avropa Liqasının finalında isə ingilislər xərcləyəcək. Avropa liqasının final oyunu bəlkə də yeganə idman turnuridir ki, Bakı bundan pullar əldə edəcək. İngilis riyakarlığının mənbəyini burada axtarmaq lazımdır. Deyirlər, otellər, uçuşlar bahadır. Az qalıb ki, desinlər: ingilisləri pulsuz Bakıya daşıyıb, pulsuz otellərə yerləşdirin, hələ final tamaşası da pulsuz olsun". 

Qeyd edək ki, Böyük Britaniya XİN Bakıda otel qiymətlərinin bahalılığı, təyyarə biletlərinin bahalılığı haqqında açıqlama verib. Bununla yanaşı, Azərbaycanda təhlükəsizlik baxımından vətəndaşlarına ehtiyyatlı olmağı tövsiyyə edib. Bütün bunlar isə qərəzdən başqa bir şey deyil. 

Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu